Pompeo Dendiasla görüşür: Şərqi Aralıq müzakirəsi

ABŞ dövlət katibi Mayk Pompeo yunan həmkarı Nikos Dendiasla görüşəcək.

Sozcu.az xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş avqustun 14-də Avstriyanın paytaxtı Vyanada baş tutacaq.

Tərəflər Şərqi Aralıq dənizi ilə bağlı gərginliyi müzakirə edəcək.

Facebook Comments