Pompeo açıqladı: Çində bu laboratoriyalar çoxdur

ABŞ Çində yerləşən laboratoriyaların təhlükəsizliyinə şübhə ilə yanaşır.

Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo müsahibəsində deyib.

“Ölkədə virus tədqiqatı və patogen mikroorqanizmləri öyrənən böyük müəssisələr yerləşəndə, biz həmişə onların təhlükəsiz və etibarlı metodla gerçəkləşdirilməsinə çalışırıq. Çində bu tip laboratoriyaların sayı çoxdur və biz onların virusun potensial sızmasından dünyanı müdafiə edəcək təcrübəsi, imkanları, metodları və standartları olmamasından narahatıq”, – deyə o bildirib.

Facebook Comments