Polislər bir olmur…

Məğrur Bədəlsoy

İsgəndər Həmidovun əziz can sağlığına

“Ölmə, qardaş, ölmə, düşmən çoxaldı”

Şairlər bir olmur, atam balası, Nizamisi var, Füzulisi, Nəsimisi, Sabiri, Cavidi var, Vurğunu, Rəsulu, Əhməd Cavadı , … Ramiz Rövşəni var…

Polislər bir olmur,  atam balası,  savaşanı -döyüşəni var  ,  döyüşdən qaçanı var.  Şəhid qəbri üstündə hönkürüb ağlayanı,  şəhid olub qəbri üstündə ağlayanı var. Şəhidə -əlilə görə icra başçısına kəllə vuranı, şəhidə-əliləkəllə -şillə vuranı var. Canını – qanını el -obaya qurban verəni,  el-obanı canına qurban edəni var.

Polislər bir olmur, atam balası, Qarabağ əlili olduğuna görə əlini başına qoyub “ əsgər salamı” verəni də var,  əl-qolunu qandallayıb sürütdəyəni, yaralı-qəlpəli başını-bədənini təpikləyəni də. Qarabağ yolunda BOZQURD kimi vuruşub ya qazi, ya şəhid olanı da var, Qaradağ yolunda “tulapayı”na göz dikəni də. Torpağıhəyatı bahasına VƏTƏN edəni də var, Vətəni bir ovuc həyət torpağına dəyişəni də.

Polislər bir olmur, atam balası , generalı var, çavuşu-əsgəri var; general çini uğrunda vuruşanı da var, general çinini qumbaratanın altında gizlədib əsgər kimi döyüşəni də. Malını-pulunu döyüş dostlarının, çiyindaşlarınınadına keçirəni də var,  başqasının malını -mülkünü adına keçirəni də.

Polislər bir olmur, atam balası, ittiham edəni var, ittiham olunanı var.İttiham nitqi söyləyəni də var , müttəhimlər kürsüsündə son söz deyəni də. Amma hər polisin, hər Azərbaycan ərinin ölüm kürsüsündə yatağı başına yığılan oğul-uşaqlarına, nəvə -nəticələrinə , dost -tanışlarına deyəcəyi son sözün “KAŞ QARABAĞDA DÖYÜŞLƏRDƏ ŞƏHİD OLAYDIM” olacağı şəksizdir.

 

 

 

Facebook Comments