Polisdən nümunəvi addım: Tapdığı pulu sahibinə qaytardı

Yanvarın 30-da polis serjantı Namiq Nəsibov 28 may metrostansiyasında xidmət apararkən saat 18:40 radələrində 2139 manat tapması barədə Metropolitendə Polis Şöbəsinin rəhbərliyinə məlumat verib.

Sozcu.az xəbər verir ki, elə həmin gün axşam saatlarında metroda pulunun itməsi ilə bağlı polisə müraciət edən İlahə Sadıqovanı şöbə rəhbərliyi qəbul edib. O, 28 may metrostansiyasının çıxışındakı Bakı kart aparatının yanında 2139 manat pulunu unutduğunu deyib.

İtirdiyi pulun polis əməkdaşları tərəfindən tapılmasına görə sevindiyini bildirən İ.Sadıqova asayiş keşikçilərinə təşəkkürünü bildirib.

Facebook Comments