Polisdən Zaqatalada əməliyyat: Silahlı şəxs tutuldu

Polis Zaqatalada əməliyyat keçirib.

Trend-in məlumatına görə, Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Balakən rayon sakini, 1989-cu il təvəllüdlü Qaracayev Samir Nəbiyulla oğlu Zaqatala rayon ərazisində saxlanılıb. Onun üzərindən bir ədəd barabanlı, nömrəsiz tapança aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Sozcu.az