Polis mayoru beynəlxalq axtarışda olan avtomoili necə idarə edir? – SƏNƏD

Siyəzən şəhəri, Vidadi küçəsi ev 45-də yaşayan hazırda təqaüddə olan keçmiş polis nəfəri Zeynalov Qalib Mabəddin oğlu Sozcu.az saytına yazaraq, Siyəzən rayon Polis sahə rəisi, polis mayoru Məmmədov Mirzəcan Səfər oğlunun oğurluq avtomobil idarə etməsi haqda məlumat verərək bildirib ki, Daxili İşlər Naziri Vilayət Eyvazovla da görüşərək, naziri də məsələ barədə  məlumatlandırıb.

Zeynalov Qalib bildirib ki, polis mayoru idarə etdiyi avtomobili uzun illərdir ki, dövlət qeydiyyatına salmadan idarə edir və VAZ 2121 (Niva) markalı avtomobili oğurluq yolla əldə edildiyindən 10 Aprel 2000-ci il tarixdən Rusiya Fedrasiyasının Daxili İşlər Nazirliyində, 20 Aprel 2013-cü ildən isə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyndə Beynəlxalq axtarışdadır.

Vəzifəsi cinayətkarlıqla mübarizə aparmaq olan polis zabitinin həqiqətəndə axtarışda olan oğurluq avtomobili dövlət qeydiyyatına salmadan idarə etməsi haqda məlumatın doğru olub-olmamasını araşdırmaq üçün Sozcu.az saytının əməkdaşı polis mayoru Məmmədov Mirzəcan Səfər oğlunun özü ilə əlaqə saxlayaraq, məsələ barədə açıqlama verməsini xahiş etdi. Polis mayorunun isə cavabı bu oldu: “Onu yazan qələt edir,başını da daşa döyür. Sağol”.