Poçettino qovula bilər

“Tottenhem” rəhbərliyi komandanın baş məşqçisi Mauritsio Poçettinonun işindən narazıdır.

Sozcu.az “The Telegraph”a istinadən xəbər verir ki, Premyer Liqada ardıcıl beş oyundur qələbə qazana bilməyən London təmsilçisi noyabrın 23-də “Vest Hem”lə səfər oyununda da xal itirsə, argentinalı mütəxəssis istefaya göndəriləcək.

Hazırda turnir cədvəlində 14 xalla 14-cü pillədə qərarlaşan komanda Çempionlar Liqasına vəsiqə verən yerdən çox uzaqdadır.

Qeyd edək ki, Poçettino 2014-cü ildən “Tottenhem”i çalışdırır. Onun müqaviləsi ötən il yenilənib. Sözləşmədəki bəndə əsasən çalışdırıcı istefaya göndərilsə, klub ona 14 milyon avro təzminat ödəməlidir.(Qol.az)