Poçettino gedir: “Qalmaq üçün axmaq olmaq lazımdı”

Çempionlar Liqasında finala yüksələn “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino klubdan ayrıla biləcəyini deyib.

Sozcu.az xəbər verir ki,argentinalı mütəxəssis mövsümün sonunda klub prezidenti ilə danışacağını deyib:“Gələcəyim? Prezidentlə danışmaq məcburiyyətindəyik. Çempionlar Liqasının finalı hər kəs üçün önəmli olacaq.

Finaldan sonra klub rəhbəri ilə danışacam. “Tottenhem”dəki karyerama bu şəkildə son verə bilərəm”.

47 yaşlı mütəxəssis 2014-cü ildən “Tottenhem”i çalışdırır. Poçettino klub rəhbərliyinin strategiyasını tənqid edib:

“Plan və dəqiq fikirlər olmadan yeni mövsümdə işləməyə açıq deyiləm. Fərqli şəkildə işləməyimiz lazımdı.

Bu, daha az və ya çox pul xərcləmək anlamına gəlməməlidir. Son 5 ildə olduğu kimi çalışmağa davam etsək, burda qalmaq üçün axmaq olmaq lazımdı.

Əgər bu şəkildə çalışsaq, hər il avrokuboklarda final oynayacağımıza və ya “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted” kimi klublarla yarışacağımıza inanmaq saflıq olar”.