Pikedən Neymar açıqlaması: “Çox qarışıq məsələdir”

İspaniyanın “Barselona” klubunun müdafiəçisi Jerar Pike PSJ-dən ayrılmaq istəyən Neymarla bağlı açıqlama verib.

Sozcu.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu, yenidən Neymarla birlikdə oynamaq istədiyini bildirib:

“Neymar klubumuzu, bu şəhəri tanıyan möhtəşəm futbolçudur. Onun yenidən komandamıza qayıdıb-qayıtmayacağını bilmirəm. Çox qarışıq məsələdir. Onunla danışırıq, amma bunlar haqqında açıqlama vermək doğru olmaz. Onun danışması lazımdır. Neymar mükəmməl futbolçudur və yenidən onunla oynamaq istəyərik”.

İspan futbolçu Kataloniya klubunun yeni transferi Antuan Qrizmann haqqında da danışıb:

“Qrizmann çox yaxşı futbolçudur və bizimlə birlikdə olduğu üçün xoşbəxtik. Komandaya çox tez uyğunlaşdı və bir çox matçda qalib gəlməyimizə kömək edəcək deyə, düşünürəm”.

Neymarın PSJ-də xoşbəxt olmadığı və yenidən “Barselona”ya qayıtmaq istədiyi bildirilir.(Komanda.az)

Facebook Comments