Pike zədələndi

“Barselona”nın futbolçusu Jerar Pike zədələnib.

Sozcu.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi La Liqanın 10-cu turunda “Atletiko” ilə matçın 62-ci dəqiqəsində ayağından xəsarət alıb. Oyuna davaam edə bilmədiyi üçün əvəzlənən ispaniyalı futbolçu meydanı gözyaşları ilə tərk edib.

Qeyd edək ki, “Atletiko” – “Barselona” görüşü Madrid təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Facebook Comments