“Peşman olsa, Brilliantla barışaram” – Xalq artistindən etiraf

Xəbər verdiyimiz kimi, xalq artisti Faiq Ağayev MTV-də yayımlanan “Söhbətsiz” proqramının qonağı olub.

Sozcu.az xəbər verir ki, həmkarları, o cümlədən, Brilliant Dadaşova ilə olan qalmaqalından söz açan müğənni onunla barışa biləcəyini bildirib.

O, aparıcı Samir Bayramlının “Bütün məsələlərinizi aydınlaşdırsanız, sıfırdan yeni münasibət yaratmaq mümkündür” sualına belə cavab verib:

“Bir dəqiqə sonra bunu etməyə hazıram, yetər ki, qarşı tərəfdən barışıq istəyi, keçmişə peşmançılıq, “şeytandır da, gəl, unudaq” kimi bir mövqe görüm”.
Qeyd edək ki, məşhurlar arasındakı qalmaqala qatıldıqları toy mərasimində baş vermiş kiçik insident səbəb olmuşdu.