Peruda dəhşətli zəlzələ – Video

Peruda 8 bal gücündə zəlzələ baş verib.

Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti informasiya yayıb.

Zəlzələ yerin 115 kilometr dərinliyində qeydə alınıb. Perunun mərkəzindən 126 kilometr məsafədə qeydə alınan yeraltı təkanlar Braziliya, Kolumbiya və Ekvadorda da hiss olunub.

İnsan itkisi və dağıntılarla bağlı məlumat verilməyib.

Perudakı dəhşətli zəlzələ anına dair sosial şəbəklərdə görüntülər yayılıb.

Görüntülərdən birində Ezio adlı müğənninin konserti zamanı insanların yaşadığı təşviş əks olunub.

İnsanların bir çoxu zəlzələ anını həyatının ən qorxunc anı kimi təsvir edib.(Axar.az)