Perinçəkdən əməliyyat mesajı: Azərbaycanla birgə…

“Sülh Pınarı Hərəkatı” (Fəratın şərqinə əməliyyat) ən az itki, ən az maliyyə ilə ən sürətli nəticənin əldə edilməsi üçün Qərbi Asiyadakı dostlarımız – Azərbaycan, Rusiya, İran və İraqla əməkdaşlıq edilməsi şübhəsiz ki, milli hədəflərimizə çatmağın və dövlət düşüncəsinin gərəyidir.

Sozcu.az xəbər verir ki, bu sözləri Türkiyəni Vətən Partiyasının sədri Doğu Perinçək Tvitter səhifəsində yazıb.

“Prezident Rəcəb Tayyib Ərdoğanın açıqlamaları ilə Fəratın şərqinə əməliyyatın başlayacağını öyrənmiş olduq. Türk milləti və Vətən Partiyası olaraq hər cəbhədə istedadlı komandan və əsgərlərimizlə çiyin-çiyinəyik”, – deyə Perinçək bildirib.

Qeyd edək ki, Fəratın şərqinə əməliyyat siqnalı verən R.T.Ərdoğanın işlətdiyi “sülh pınarları” ifadəsi əməliyyatın adı kimi şərh edilməkdədir. Sosial şəbəkələrdə “Sülh Pınarı Hərəkatı” həştəqi ilə xeyli paylaşımlar edilməkdədir.