Pensiyaların artımından kimlər bəhrələnəcək?

Son qərarın 700 minədək pensiyaçılara aidiyyatı yoxdur.

Oktyabrın 1-dən minimum pensiyanın 200 manat təyin olunması hazırda bu məbləğdən az olan təqaüdlərin həmin səviyyəyə çatdırılması deməkdir. Bu qərarın aylıq təqaüdləri 200 manatdan yuxarı olan 700 minədək pensiyaçıya heç bir aidiyyatı olmayacaq. Odur ki, bütün pensiyalarda artım gözlənilmir. Artım yalnız əmək pensiyası 200 manatdan az olanlara şamil olunur. Bu artımın əmək pensiyalardan savayı digər pensiya növlərinə də şamil olunmayacaq.

Bütün pensiyalarda artım gələn ilin yanvar ayından tətbiq olunacaq indeksləşdirmə əmsalı üzrə aparılacaq.

Qubad İbadoğlu, iqtisadçı alim

Facebook Comments