Pekin Vaşinqtonla razılaşdı – 13-cü raund

Pekin və Vaşinqton ticarət danışıqlarını bərpa etməklə bağlı razılığa gəliblər.

Sozcu.az xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyi informasiya yayıb.

Məlumata görə, danışıqların 13-cü raundu oktyabrın əvvəlində Vaşinqtonda keçiriləcək. Buna qədər tərəflər əlaqədə olacaq, sentyabrdan etibarən görüş ərəfəsində məsləhətləşmələrə start veriləcək.