PEKİN TEHRANI TİCARİ MARAQLARA QURBAN VERDİ:İran neftinin son böyük alıcısı Amerikanın şərtlərinə boyun əydi – Təhlil

Aleksandr Jelenin

rosbalt.ru,

Ekspertlər qeyd edirlər – Amerika prezidenti İranı ən önəmli ixracat malını alıcıdan məhrum etməklə xeyli uğura nail olub. “Bütün yönlərdə ABŞ-a dirənmiş” ideologiyası dalana girə bilər.

Dünya KİV-ləri bu günlərdə mühüm xəbər verərək məlumatlandırıb ki, Çin İrandan neft almaqdan əl çəkib. Yada salaq ki, 2018-ci ildə İslam Respublikası ilə “nüvə sazişi”ndən birtərəfli qaydada çıxan və ona qarşı birinci növbədə məhz karbohidrogenlərin bu ölkədən daşınmasına ixracat qadağası daxil olmaqla yeni sanksiyalar qoyan Birləşmiş Ştatlar hər bir ölkənin İrandan neft alqısına yasağa israr edir. Hindistan, Türkiyə, Cənubi Koreya, Yaponiya, Tayvan, Yunanıstan və İtaliya kimi böyük istehlakçılar Amerika sanksiyalarının altına düşmək istəməyərək İran neftinin idxalından artıq imtina edib.

Burada qeyd etmək önəmlidir ki, Çin bu yaxınadək İranın əsas ixracat malının boykotuna qoşulmamışdı. Hətta o, SWIFT banklararası informasiya ötürmək və ödəniş sistemi üzünə bağlanan Tehrana münasibətdə əvvəlki, olduqca sərt beynəlxalq sanksiyaların qüvvədə olduğu vaxt İran neftini alıb. Amma, budur, Pekin indi hər halda antiiran sanksiyalarına qoşulmağı qət edib.

Habelə qeyd edək ki, bu, ABŞ və ÇXR arasında getdikcə daha da genişlənən ticarət savaşı çərçivəsində Çinin əyri rəqabətə və onun smartfonundan istifadə edənlərin məlumatlarını Çin hökumətinə ötürməklə bağlı şübhələrə görə Amerika sanksiyalarına məruz qalan ən böyük “Huawei” IT korporasiyasının ətrafındakı qalmaqal fonunda baş verib.

Bundan nəticə çıxartmaq olar ki, Amerikanın Çinə basqısı öz təsirini göstərib və Pekin Vaşinqtonla ticarət savaşında, demək olar, birillik qarşıdurmadan geri çəkilib.

“Rosbalt”ın icmalçısı ekspertlərdən Çinin bu addımının nədən doğduğu, habelə Tehranın da indi Vaşinqton basqısı altında geri çəkilməyə başlayıb-başlamayacağı haqda sualları cavablandırmağı xahiş edib.

Ali İqtisadiyyat Məktəbi Şərqşünaslıq Məktəbinin başçısı Aleksey Maslov bu çarpışmadan danışaraq qeyd edib ki, “Çin prinsipcə hələ bir ay əvvəl, yəni “Huawei”-lə qalmaqala qədər İran neftinin alqısını azaltmağa hazırlaşırdı. Hər şeyə görə, Pekinin indiki qərarı “Huawei”-lə deyil, ABŞ-ın bütünlükdə antiçin tədbirlərilə bağlıdır. Yəni Çin öz etibarlılığını və bütün şərtlərə getməyə hazır olduğunu göstərmək istəyib”.

Ekspertin fikrincə, amma Çinin İran neftinin istehlakını azaltması təkcə ABŞ-la ticarət savaşına deyil, həm də Çin-İran münasibətlərinin bəzi mühüm çalarlarına bağlıdır. Maslov deyib: “Anladığım qədər, Pekin Tehrandan istədiyinə nail olmayıb. İş burasındadır ki, Çin İranla mənası böyük həcmdə İran nefi almaq əvəzində ÇXR-in İran bazarına imtiyazla girmək olan sövdələşməni artıq yetərincə müzakirə edib. Bu, İranın neft infrastrukturunu yenidən qurmaq, yeni obyektlərin tikintisi zamanı Çin şirkətlərinə qoyulan vergini sıfıra qədər azaltmaq və sairəni nəzərdə tuturdu”.

Onun sözlərinə görə, İran “bu zaman bərk qorxurdu ki, Çin sadəcə rekonstruksiya etməyəcək, həm də, əslində, bu ölkənin neft sektorunun bir bölümünü yenidən özünə tabe edə bilər, odur ki, bu sövdəyə razılaşmayıb, ona ancaq neft satıb”.

Ekspert hesab edir – beləliklə, indiki halda, sadəcə, iki amil üst-üstə düşüb: amerikalıların Çinə basqısının güclənməsi və Pekinin İrandakı maraqları.

Rusiya EA Avropa İnstitutunun Avropa-Yaxın Şərq Mərkəzinin başçısı Aleksandr Şumilin də bununla razıdır ki, “çinlilər Amerikanın antiiran sanksiyalarına qoşularaq başqa sahədə müəyyən qazanc payı əldə etməyi hesablayırlar”.

Ekspert qeyd edib: “Çinin belə məsələlərə yanaşması sırf praqmatikdir – başabaş. Sonra isə hər şey Pekinin bu addımına ABŞ-ın reaksiyasından asılı olacaq”.

O, hesab edir ki, “çinlilər hesabladıqlarını amerikalılardan almasalar, onda İran neftinin alqısını təzələmək mümkündür”.

Rusiya EA Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, İran problemləri üzrə ekspert Vladimir Sajin deyir ki, Hindistan, Yaponiya, İtaliya və bir sıra başqa ölkələrdən savayı Çinin də İran neftinin boykotuna qoşulduğu faktı “İran iqtisadiyyatına ən güclü zərbə oldu”.

Ekspert qeyd edir: “Ümumiyyətlə, İranın indiki durumu çox və oldquca pisdir. Bu həftə Ərəb Dövlətləri Liqasının özəlliklə İran probleminin də həll olunacağı sammiti başlanmalıdır. Orada Tehran üçün yaxşı heç nə görünmür. Bütün bunlar İrana çox ciddi meydan oxumadır”.

Sajin hesab edir – eyni zamanda öz növbəsində AВŞ prezidenti Donald Trampın baş vəzifəsi bundan ibarətdir ki, “İran rəhbərliyini danışıqlar masası arxasına əyləşməyə vadar etsin, bu isə Amerika liderinin böyük qələbəsi olardı”.

O deyir ki, düzdür, İran rəhbərliyi belə təklifləri bu yaxına qədər rədd edərək “bütün yönlərdə Amerikaya dirəniş ideyasını irəli sürüb”.

Sajin bu cür hərtərəfli basqı qarşısında Tehranın geri çəkilib-çəkilməyəcəyini düşünərkən görünən gələcəkdə belə varianta yol verir, amma ehtimal edir ki, “İran liderləri danışıqlar masasının arxasına əyləşməyə yalnız belə razılaşa bilər ki, hər şeydən qabaq öz xalqlarının qabağında simalarını itirməsinlər”. Ekspert qeyd edir: “Onlar bunun üçün təbliğat baxımından nəsə etməli olacaqlar”.

Tərcümə Strateq.az-ındır.

Sozcu.az