Paşinyanın arvadı, oğlu Aşotla Azərbaycandan yeni şəkillər paylaşdı…-FOTOLAR

Xəbər verdiyimiz kimi, Ermənistan baş naziri N.Paşinyanın həyat yoldaşı Anna Akopyan dünən –iyunun 24-dən Azərbaycanın işğal altındakı torpaqlarında növbəti səfərdədir.
Moderator.az-ın əldə etdiyi yeni məlumata görə, Cəbrayılda xidmət edən bir qrup işğalçı erməni zabit arvadının dəvəti ilə Qarabağa gələn işğalçı ölkə liderinin arvadı bu arada oğlu Aşotla da görüşüb. A.Akopyan bu barədə “Facebook”da etdiyi paylaşımlara şərhində bildirib. Məlum olub ki, yenidən Azərbaycan torpaqlarına hərbi xidmətə qayıtmış Aşot Paşinyan anası ilə Qarabağın görməli yerlərini gəzməyə çıxıb. A.Akopyan oğlu ilə işğal altındakı Kəlbəcər rayonunun Vəngli kəndində yerləşən qədim qədim Azərbaycan xristian abidəsi olan Gəncəsər məbədindən də fotolar paylaşıb.

Xatırladaq ki, mayın sonlarında Qarabağ klanıyla münasibətlərin kəskinləşməsi səbəbindən Paşinyanın oğlunun xidmət yerinin Qarabağdan Ermənistana dəyişdirilməsi haqda xəbərlər yayılmışdı. Lakin A.Akopyan bunu təkzib edərək oğlu Aşot Paşinyanın, sadəcə, bir neçə günlüyə öz hərbçi dostlarıyla İrəvana təlimə gəldiyini və tezliklə Qarabağa qayıdacağını bildirmişdi.

Sozcu.az