“Paşinyana “nida” ilə yox, raketlə cavab vermək lazımdır” – ŞƏRHLƏR

“Qarabağ – Azərbaycandır. Və nida işarəsi”.

Bu sözləri Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

İlham Əliyevin bu çıxışının arxasınca Qarabağın azad edilməsi üçün konkret iş həyatata keçiriləcək, yoxsa bu söz də, “Xankəndini vurarıq” bəyanatının günüə düşəcək?

İlham Əliyevin səsləndirdiyi bəyanata münasibət bildirən politoloq Xəzər Teyyublu prezidentin bəyanatını Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağda “Qarabağ Ermənistanın tərkibidir” bəyanatına cavab olduğunu deyib:

Ölkə Başçısının bu bəyanatı düşmən ölkənin baş naziri Paşinyana ünvanlanmış mesajdır. Belə ki, keçən ay Nikol Paşinyanın Qarabağa səfər edərək, ordan Azərbaycanı təhdid edən, “Qarabağ Azərbaycanındır” sözünə İlham Əliyevin bu mövqei advekatdır. Ən böyük cavab isə əlbəttə ki, ən böyük cavab işğal altındakı torpaqlarımızda anti-terror əməliyyatı aparıb torpaqlarımızı azad etmək olmalıdır.

Xəzər Teyyublu qeyd edib ki, hakimiyyətin Qarabağla bağlı buzlaşma siyasətinin limiti bitib:

Bu gecikmiş və yaxud gecikdirilmiş addım Azərbaycan tərəfindən mütləq atılacaq və beynəlxalq müstəvid, BMT-nin qətnamələri əsasında həyata keçiriləcək. Hakimiyyətin Qarabağla bağlı buzlaşma siyasətinin limiti bitib və torpaqlarımızın azad edilməsinin məsuliyyəti bir başa hakimiyyətin üzərindədir.

Məcburi Köçkünlərin Sosial Hüquqlarının Müdafiəsi İB-nin sədri İlqar Əli Prezidentin cavabını gecikmiş cavab olduğunu deyib:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu çıxışını Ermənistanın baş naziri Nikol Paşinyana cavab kimi dəyərləndirənlər yanılırlar. Bu gecikmiş bir cavab idi. Əslində cavab nida ilə yox, “qrad” ilə, raketlə verilməliydi. Sən mənə “nöqtə” atmısan, mən sənə “nida” atdım. Paşinyanın layiqli cavabı müharibə idi, çox təəssüf ki, bu baş vermədi. Biz o zaman cavab vermiş olacağıq ki, Azərbaycan Bayrağı Şuşada dalğalanacaq .

 

Sozcu.az