Paşinyan yenə də Azərbaycan torpağında qalib kimi çıxış edəcək…

Sabah – mayın 9-da – ermənilərin 3 qat bayram(Şuşanın alınması, faşizm üzərində qələbə və Qarabağda erməni ordusunun yaranması) kimi qeyd etdiyi tarixdə Ermənistan Baş naziri Nikol Paşinyanın növbəti dəfə Azərbaycan Respublikasının dövlət sərhədlərini tapdayaraq işğal altındakı torpaqlarımıza gəlişi gözlənilir.

Sozcu.az xəbər verir ki, bu haqda sosial şəbəkələrin erməni seqmentində məlumat yayılıb.

P.S. Təbii ki, Paşinyan Qarabağa gəlsə, Şuşada, yaxud Xankəndində qısa da olsa, çıxış edəcək… Özü də qalib kimi…
Paşinyanın da, digərlərinin də Qarabağa bu cür gediş-gəliş və çıxışlarının qarşısını nə danışıqlar, nə bəyanatlar, nə də diskusiyalar alacaq. Yalnız və və yalnız torpaqları azad edəcək Vətən müharibəsi…(Moderator.az)

Facebook Comments