Paşinyan xalqdan 2021-ci ilə qədər VAXT İSTƏDİ

Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasını keçirib.

O, Qarabağ fiaskosuna görə məsuliyyət daşımaqla yanaşı, ölkənin gələcəyinə görə də cavabdehlik daşıdığını söyləyib. Hökumət rəhbəri istefa verməyəcəyini və 2021-ci ilin iyun ayına qədər xalqdan vaxt istəyib.

“Mənim 2021-ci ilin iyununa qədər olan dövrü əhatə edən “yol xəritsə”si planım ölkəni rifaha gətirəcək. İndi ən önəmli olan, dövlətçiliyi möhkəmləndirmək və vətəndaşların respublikaya inamını bərpa etməkdir”.(Modern.az)

Facebook Comments