PAŞİNYAN VƏ SAAKYAN YENƏ DƏ KƏLLƏ-KƏLLƏYƏ GƏLDİ –Ermənistan baş naziri Azərbaycanın əlinə oynayır? – TƏHLİL

Stanislav Tarasov

regnum.ru

Biz Ermənistan baş naziri Nikol Paşinyanın Stepanakertdə (Xankəndi-tərc.) Ümumerməni Oyunlarının açılışı münasibətilə mitinqdəki çıxışı ilə diqqətlə tanış olduq. Hər şeydən əvvəl, Ermənistan kütləvi informasiya vasitələrinin baş nazirin təkcə məna ismarıclarını deyil, həm də dinləyiciləri bu və ya digər müddəanın düzgünlüyünə inandırmaq qəsdilə bunun yaratdığı siyasi əhvali-ruhiyyəni nə qədər doğru işıqlandırdığına əmin olmaqdan ötrü.

Paşinyanın məhz Stepanakertə (Xankəndi-tərc.) ictimai çıxışa nə məqsədlə getdiyini müəyyən etmək önəmli idi. Onun çıxışı zahirən mərasim-protokol xarakteri daşımalı idi, axı bu, rəsmi tədbirin açılışına bağlı idi və yorucu olmamalı idi.

Daha bir məqam baş nazirini çıxışının duyğusal fonu idi. Onun səsi nə qədər səmimi səslənsəydi, daha yaxşı olardı və ola bilsin, ictimai çıxışın özü daha həssas qavranılardı. Bəs nə imiş? Bəlli olub ki, Paşinyan heç də Trotski deyil: kamera xarakterli bəm səs, sözlərin məzmunu çıxışın ahənginə yad idi. Bu zaman yaxşı gözə dəyirdi ki, natiq açıqca əsəbiləşir, kağızdan gözünü çəkməyə qorxur. Belə hallarda isə iştirkaçıları hərəkətə təhrik etmək çətindir. Bir də çıxışın inandırıcı tonu da cüzi önəm daşıyır. Paşinyan kütləni tonusda saxlamaq üçün öz səsinə canlılıq verməklə icitmai çıxışındakı başlıca məqamları ayıraraq onun ucalıq və gücünü elə hey dəyişməli idi.

Alınmadı. Buna görə də o, Stepanakertdə (Xankəndi-tərc.) Dirçəliş meydanında ritmik təkrarlanan məşhur “Miatsum! Miatsum” çağırışı ilə çıxışına başlarkən, reaksiya nəzərdə tutulduğu və Ermənistanın bəzi nəşrlərinin qələmə verdiyi qədər fəal olmayıb. Ciddi duyğusal tərkibli və dinləyicilərə daha uyğun mənzərə təsvir edən əks-gediş də buradandır. Artsax Respublikasının (qondarma “DQR”-tərc.) prezidenti Bako Saakyan Dirçəliş meydanında öz çıxışında ölkənin gələcəyinin başqa formulunu göstərib: “Biz öz vəzifə və arzularımızın ardınca gedəcəyik, arzumuzu – vətənləri birləşdirməyi yaxınlaşdıraraq, Artsaxın beynəlxalq etirafı xatirinə ardıcıl çalışacağıq”. Yəni əvvəlcə müstəqillik, sonra Miatsum.

Bu, Paşinyanın İrəvan və Stepanakert arasında törətdiyi qarşıdurmanı açıq ifadə edir, amma baş nazir, sağlam məntiqə görə, Paşinyanın fikrincə, dövlətçiliyini ancaq korrupsionerlərin qurduğu və möhkəmlətdiyi “Ermənistanı və Artsax Respublikasını xilas edən xilaskar” rolunda çıxış etməyə deyil, cəmiyyəti birləşdirməyə can atmalı idi.

Baş nazir bildirir ki, onu seçməyən Dağlıq Qarabağ xalqını təmsil edə bilməz. Və eyni zamanda Stepanakertin indiki hökumətini “qeyri-legitim” elan edir və orada qarşıdakı prezident seçkilərinin “düzgünlük zamini” kimi çıxış etməyə hazır olduğunu sərgiləyir. Paşinyanın siyasəti ilə razılaşmaq, ya da razılaşmamaq olar, amma onun məntiqsizliyi xeyli sual doğurur.

Axı Ermənistanın xarici siyasətinə Dağlıq Qarabağ problemi olmadan baxılarsa, o, olduqca əyalətvari görünər. Buna görə də Paşinyanın Qarabağ kartını öz maraqlarında oynamaq cəhdləri nədəsə anlaşılandır. Amma məsələ bundadır ki, Ermənistanın siyasət meydanına milli səviyyəli güclü siyasiləri məhz Dağlıq Qarabağ atıb, bu da Azərbaycan üçün böyük problem ifadə edib. Təsadüfi deyil ki, Bakıda şayiələr dolaşıb ki, “Qarabağ klanı”nın aradan qaldırılması ilə, ola bilsin, münaqişənin hansısa güzəştli həlli üçün şanslar meydana çıxa bilər. Belə ki, İrəvan və Stepanakert arasında yaranmış gərginlik obyektivcəsinə Bakının marağındadır. Hətta Paşinyanın elan etdiyi “Ermənistan mərkəziyyətçiliyi” deyilən baxış xarici siyasətdə və İrəvan və Moskvanın qarşılıqlı münasibətlərində müəyyən problemlər yaradır. Sonuncu, hadisələrin belə gedişinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın təsirini zəiflətdiyini hesab edən Azərbaycana əl verir. Təsadüfi deyil ki, Bakı politoloqu, “Atlas” analitik mərkəzinin başçısı Elxan Şahinoğlu hesab edir ki, birincisi, Miatsum ideyası Dağlıq Qarabağın Azərbaycandan ayrılması üzrə beynəlxalq birlikdə Ermənistanın mövqeyini zəiflədir.

İkincisi, münaqişə zonasında hərbi əməliyyatların təzələnməsi ehtimalı yüksəlir, çünki “Paşinyanın namizədi Dağlıq Qarabağda gözlənən prezident seçkilərində seçkiqabağı kampaniyasını məhz belə şüarla aparacaq”.

Üçüncüsü, Stepanakertdə Paşinyanın bəyanatının təsdiqi və ya inkarı zəif İrəvan və baş nazirin zəiflətdiyi Stepanakert durumunda Bakının istənilən tip manevr üçün imkanlarını genişləndirər.

Bütün bunların arxasında nə durur? Doğrudanmı, təkcə Stepanakert tərəfindən “Ermənistan inqilabı”na zərbə gələ bilər əndişəsi? Ya da hələlik ucadan deyilməyən nəsə daha böyük bir şey?

Şəxsən bizdə şübhə doğurur ki, Paşinyanın Stepanakertdə səsləndirdiyi mövqe Azərbaycanın uğurlu diplomatik və ya başqa manevrləri ilə şübhəli şəkildə üst-üstə düşür.

Bölgədə nəsə ciddi bir şey yetişir. Amma İrəvan və Stepanakert arasında qarşıdurma uzunmüddətli xarakterdə olmayacaq. Ancaq dəyərləndirmə ilə bağlı tələsməyəcəyik.

Tərcümə Strateq.az-ındır.

Sozcu.az