Paşinyan üzr istədi

Avstriyanın paytaxtı Vyanada sinaqoq yaxınlığında baş vermiş terror aktından sonra Ermənistanın baş naziri Nikol Paşinyan İsrailin ünvanına səsləndirdiyi ittihamlara görə üzr istəyib.

Sozcu.az-ın məlumatına görə, N.Paşinyan bununla bağlı öz “Facebook” səhifəsində yazıb.

Xatırladaq ki, erməni nazir bir gün əvvəl “Jerusalem Post” qəzetinə müsahibəsində İsraili Azərbaycana silah satmaqla erməni soyqırımında iştirak etməsini bildirmiş və İsrailin təklif etdiyi humanitar yardımı “Azərbaycan tərəfində döyüşən muzdlulara” göndərməyi tövsiyə etmişdi.

Vyanada baş vermiş hücumdan sonra Nikol Paşinyan səhvini etiraf edib:

“Bu müsahibənin dərc olunmasından bir neçə saat sonra İsrailin dolayı da olsa, Vyanadakı sinaqoqa hücum qismində hədəf alınmasından təəssüflənirəm”.Trend

Facebook Comments