Paşinyan Rusiya TV-lərinin qadağasına imkan vermədi

Ermənistan Rusiya televiziyalarının yayımına məhdudiyyət gətirməyəcək.

Sozcu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“İstənilən televiziya, istənilən dövlət anlamalıdır ki, başqa ölkənin ərazisində yayım müəyyən korrektəlik sərhədi təklif edir. Məncə Rusiya televiziyaları bu problemi nəzərə alıb, lazımı qərarlar qəbul edəcəklər. Heç kim özünü ifadə haqqını məhdudlaşdırmır” – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Ermənistanda “Rossiya” televiziyasının yayımının dayandırılması təklif edilmişdi.(Axar.az)