Paşinyan qırmızı xətti keçdi – Erməni mediası

Ermənistan Konstitusiya Məhkəməsinin sədri Tovmasyanın mənzilində axtarış aparmaqla Nikol Paşinyan qırmızı xətti tapdamış oldu.

Sozcu.az xəbər verir ki, bu məlumatı “168 Jam” qəzeti yayıb.

“Son 200 il ərzində dünya tarixində heç bir ali məhkəmə orqanının sədri təqibə məruz qalmayıb. Bu qırmızı xətlərin ləğvi bir sıra vacib nəticələrə gətirib çıxarır. Onlardan ən vacibi dövlətin mövcudluğunu dayandırmasıdır. Dövlətin əsas funksiyası bu qırmızı xətlərə əməl olunmasıdır. Nikol Paşinyan bu funksiyaları və dövlətin kriteriyalarını məhv edir”, – deyə qəzet yazıb.

Facebook Comments