PAŞİNYAN-KOÇARYAN ZİDDİYYƏTİ DƏRİNLƏŞİR:”İkinci prezident hər şeyi ətrafının üstünə yıxaraq, “sudan quru çıxmağa” çalışır”

Sarqis Artsruni

“1in.am”

Robert Koçaryanın tərəfdarı, vəkil Vaqe Eprikyan feysbuk sosial şəbəkəsində birbaşa efirdə hakim Anna Danibekyanla baş vermiş insidenti təqdim edib. O deyib ki, dostu Narek Mutafyan Komitas adına panteonda təsadüfən hakim Anna Danibekyanla qarşılaşıb və qərara gəlib, soruşsun: Nikol Paşinyanın “ulayan hakimlər” ifadəsi ona da aiddir, yoxsa yox?

Sağlam düşüncəli heç bir insan, əlbəttə, bu versiyaya inanmaz. Çünki Narek Mutafyan və onu müşayət edən şəxslər açıq şəkildə hakimi, ola bilsin, bir neçə gün ərzində təqib ediblər. Bundan əlavə, təşkil olunmuş təxribatın müəliffləridirlər. İş ondadır ki, Koçaryanın tərəfdarları cəmiyyəti öz komandalarının “hər şeyə qadirliyi” ilə qorxutmaq məqsədilə hərəkətlərini məhz özləri ictimailəşdiriblər və açıqca, qabaqcadan görməyiblər ki, polis operativ və adekvat cavab verəcək.

Bütün bunların nəticəsində “təsadüfən görüşdülər” versiyası ortaya çıxıb.

Lakin bu, II prezidentin ətrafındakı gənc adamlardan daha çox, Robert Koçaryanın özünə xas olan davranış biçimidir.

Koçaryan məhkəmə prosesinin gedişində hər şeyi öz ətrafındakı sağ qalan və ya rəhmətə gedən məmurların üzərinə yıxaraq, baş verən hadisələrdən “quru” çıxmağa cəhd edir.

Əgər Koçaryanın versiyasına inansaq, deməli, o, Stepanakertdən (Xankəndinin adı mətndə belə gedib – tərc.) İrəvana öz iradəsilə deyil, “təsadüfən” və ya Levon Ter-Petrosyan və Vazqen Sarqsyanın təzyiqi altında gəlib.

Robert Koçaryan 27 Oktyabr cinayətinin (27 oktyabr 1999-cu ildə Ermənistan Milli Məclisində təşkil olumuş terror aktı – tərc.) təşkilinə, – baxmayaraq ki, bundan sonra o, “ingilis şahzadəsi”ndən “Asiya diktatoru”na çevrilib, – istəmədən və ya “təsadüfən” yol verib.

Robert Koçaryan tabeçiliyində olanlardan “təsadüfən” öyrənib ki, onun prezidentliyi dövründə bir neçə səs-küylü qətl hadisəsi baş verib.

Koçayan ailəsi “təsadüfən” milyardların sahibi olub, hətta II prezident bilməyib ki, onun oğlunun hesabına milyonlarla dollar köçürülüb.

Koçaryan “təsadüfən” bilib ki, Müdafiə naziri Mikayıl Arutyunyan 2008-ci ildə 0038 nömrəli əmr verib və məhz bu məqsədlə öz dostu Putindən “özbaşına” generalın Rusiyada “itirilməsini” xahiş edib.

Ayk Arutyunyanın hərəkətlərinə “təsadüfən” qarışmış olan Koçaryan sabiq polis rəisinin üzünü belə görmək istəməyib və yəqin ki, Arutyunyan elə bu kədər üzündən intihar edib.

Deyirlər ki, “təsadüfən” təhlükə Aqvan Ovsepyan (1999-cu ildə Ermənistan Baş prokuroru, 2014-2018-ci illərdə isə Ermənistan İstintaq Komitəsinin sədri olub – tərc.) və “Şerif”in (Daxili qoşunların sabiq komandiri Qriqor Qriqoryan – tərc.) həyatını da təhdid edir.

Əgər Koçaryan həqiqətən təsadüfən və məşhur nağılın motivlərilə, qanla var-dövlət toplayaraq, qazanc dalınca Artsaxdan (Dağlıq Qarabağın adı mətndə belə gedib – tərc.) Ermənistana gəlməsəydi, heç bu sayda “təsadüf” də olmazdı.

Tərcümə Strateq.az-ındır

Sozcu.az