Partiya səri: “Hamımız kəfən geyinib, canlı bomba olub döyüşəcəyik, amma o torpaqları verməyəcəyik!”+VİDEO

“Bizim üçün Qarabağsız, Şuşasız, Laçınsız, Xankəndisiz Azərbaycan yoxdur!”
Sozcu.az xəbər verir ki,Bunu siyasi partiyaların Qarabağa həsr olunmuş müzakirəsində Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

Partiya sədri əlavə olaraq qeyd edib ki, kimsə hansısa müqavilələlərə imza atıb, cəmiyyəti əzib referendum keçirəcəyəm deyib də ağlının ucundan bu cür absurd fikirlər keçirməsin. Bizim üçün Qarabağsız, Şuşasız, Laçınsız, Xankəndisiz Azərbaycan yoxdur. Qarabağ uğurunda son ana qədər, son adamına qədər hamımız kəfən geyinib, canlı bomba olub döyüşəcəyik, amma o torpaqları verməyəcəyik!(Teref.az)