Parlamentdə dava düşdü – VİDEO

Ermənistan parlamentində kütləvi dava baş verib.

Sozcu.az xəbər verir ki, dava İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyanın parlamentin tribunasından hakimiyyətyönlü qüvvələri öz opponentlərini təhqir etməməyə çağırmasından sonra başlayıb.

Bu zaman Mənim Addımım Blokundan olan Sasun Mikayelyan Marukyana söz atıb. O, Marukyana “Qulaq as, dayı” deyə müraciət edib, Marukyan isə cavabında dayı olmadığını bildirib.

Az sonra Mikayelyan Marukyanı təhqir etməyə başlayıb və onu “əzəcəyini” söyləyib. Bu sözlərin ardınca Marukyan Mikayelyana tərəf hərəkət edib. Tərəflər arasında dava Mikayelyanın zərbəsi ilə başlayıb.

Deputatlar arasında toqquşma elə yüksək həddə çatıb ki, onları ayırmaq üçün spiker Ararat Mirzoyan da müdaxilə etməli olub. Mirzoyana hökumət nümayəndələri, eləcə də Baş nazirin müavini Tiqran Avinyan da kömək etməli olub. Axar.az

Facebook Comments