“Palmali”nin “Rəsulzadə” gəmisinin ilk görüntüləri yayıldı – FOTO

Azərbaycan Cümhuriyyətinin 101-ci ilinə ən böyük töfhələrdən sayılan “Məmməd Əmin Rəsulzadə” gəmisinin dünya sularına çıxmasına az qalıb.Azərbaycan Cümhuriyyətinin 101-ci ilinə ən böyük töfhələrdən sayılan “Məmməd Əmin Rəsulzadə” gəmisinin dünya sularına çıxmasına az qalıb.

Yenicag.az-a “Palmali” Şirkətlər Qrupundan verilən xəbərə görə, Azərbaycan Xalq Cümhuriyyətinin banisinin adını daşıyan gəminin ekipajı da hazırdır və son texniki işləri görülməkdədir.

Qeyd edək ki, bu barədə xəbəri Rəsulzadənin doğum günündə şirkətin prezidenti, tanınmış xeyriyyəçi Mübariz Mənsimov açıqlamışdı.

“Ürəyi Azərbaycanla döyünən, son nəfəsində belə bu gözəl sözlə fani dünyaya gözünü yuman, ancaq əsəri olan Cümhuriyyəti bizə miras buraxan Məhəmməd Əmin Rəsulzadəni unutmadıq. Yeni gəmimiz məhz bu böyük şəxsiyyətin adını daşıyacaq. “Palmali”nin idarə heyəti bu təklifimi dəstəklədi və qəbul etdi. Çox sevinirəm ki, Azərbaycanın böyük şəxsiyyətlərinin adlarını daşıyan gəmilərimiz arasında Rəsulzadə ismi də olacaq” deyə, öz sosial media hesabından xəbər verə azərbaycanlı iş adamı “ Onu unutmadıq, unutmayacaq, unutdurmayacağıq. Keçmişini unudanın, sayğı duymayanın gələcəyi də olmaz. Biz fəxr edirik ki, şanlı tariximiz, parlaq gələcəyimiz var. Yeni gəmimiz xeyirli-uğurlu olsun” sözləri ilə fikrini bitirmişdi.

Sozcu.az