Pakistanın Kəraçi şəhərində partlayış baş verib.
Sozcu.az xəbər verir ki, restoranda baş verən partlayış nəticəsində ikisi azyaşlı olmaqla azı 3 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
Restoranın qarşısında park edilmiş 3 avtomobil də sıradan çıxıb. Hadisə yerinə polis və təcili tibbi yardım briqadası cəlb edilib.
Qeyd edək ki, partlayışın səbəbi hələ ki, məlum deyil.
Facebook Comments