Pakistan parlamentinin sədr müavini: “Ermənistan qoşunları Dağlıq Qarabağdan çıxmalıdır”

“Xocalıda baş verənlər soyqırımdır. Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən, o cümlədən Dağlıq Qarabağdan çıxmalıdır”.

ONA-nın məlumatına görə, bunu bu gün Bakıda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Nazirlərin Yüksək Səviyyəli Görüşündə “Dəqiq transformatik fəaliyyət üçün mədəniyyətlərarası dialoqun səfərbər olunması” mövzusunda plenar sessiyada Pakistan Milli Assambleyasının sədr müavini Qasım Xan Suri bildirib.

BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyini qətnamələri xatırladan Pakistan Milli Assambleyasının sədr müavini Pakistanın hər zaman Azərbaycanı dəstəklədiyini, münaqişənin sülh yolu ilə həllini arzuladıqlarını vurğulayıb.

Mədəniyyət naziri Əbülfəs Qarayev Pakistanın Azərbaycana dəstəyinə görə təşəkkürünü bildirib.

Sozcu.az