Pakistan müxalifəti tələblərini açıqladı: 2 gün vaxt verildi

Pakistanın 5 müxalif partiyası bu gün ölkə üzrə baş verən etirazlarla bağlı toplanıb.

Sozcu.az xəbər verir ki, müxalifət adına açıqlama verən İslam Üləma-Fəzl Partiyasının təmsilçisi Əkrəm Durrani etirazların bütün ölkəyə yayılması, ölkə ərazisində tətillərin başladılması, millət vəkillərinin kütləvi istefası variantlarının müzakirə edildiyini bildirib.

Durrani hökumətə istefa üçün iki günlük vaxt verildiyini, müddətin sabah axşam başa çatacağını xatırladaraq, yeni strategiyanın həmin andan etibarən tətbiq ediləcəyini söyləyib. O, İslamabaddan kənarda gözləyən etirazçıların şəhərə daxil olaraq parlament və baş nazirliyin binalarının yerləşdiyi Qırmızı Bölgəyə yürüş edəcəyini deyib.

Qeyd edək ki, Pakistanda müxalif partiyalar 5 gündür hakimiyyətə qarşı azadlıq yürüşü keçirir.

Facebook Comments