PAKİSTAN-HİNDİSTAN ARASINDA KƏŞMİR MÜNAQİŞƏSİ : MÜNAQİŞƏNİN TARİXİ VƏ YARANMA SƏBƏBLƏRİ

Müəllif : Orxan Allahverdiyev

1-ci Hissə

Birləşmiş Millətlər Təşkilatının Kəşmir barədə 47 saylı əsasnaməsinə görə bölgədə referdendum keçirilməlidir.Lakin Hindistan hökuməti buna imkan vermir….

Kəşmir dünyanın ən çox hərbiləşdirilmiş zonalarından biri və iki nüvə dövləti olan Hindistan və Pakistan arasında ciddi gərginlik mənbəyidir.2019-cu ilin avqust ayında Hindistan Cammu və Kəşmir əyalətinin muxtariyyətini ləğv etdi və bununla da Pakistanla Hindistan arasında illərdir davam edən ərazi münaqişəsi yenidən dünyanın diqqət mərkəzinə düşdü.Builin noyabr ayının 13 də isəmünaqişə yenidən şiddətləndi.Sonuncu hərbi toqquşma nəticəsində15nəfər həlak olmuş 30nəfər yaralanmışdır.Ölənlərin 10 nəfəri mülki vətəndaşlardır..Hindistan və Pakistan, hər ikisi nüvə dövlətidir, odur ki, bu iki ölkə arasında yeni qarşıdurma fərqli müstəvidə inkişaf edə bilər.Bölgənin bir hissəsidə Çinin nəzarəti altındadır.

Hindistanla Pakistan arasında indiyədək iki müharibə ( 1947 və 1965-ci illərdə), bir neçə hərbi kampaniya, hərbçilərə və mülkilərə qarşı saysız-hesabsız hücumlar baş verib, qonşu dövlətlərlə də münasibətlər gərginləşib.Nəticədə indi bölgənin iqtisadiyyatı zəif durumdadır, bundan başqa, burada yüksək səviyyəli işsizlik və qeyri-sabit siyasi vəziyyət hökm sürür.Bu münaqişə Fələstin-İsrail,Şimali Kipr münaqişələriylə oxşarlıq təşkil etsə də aralarında fərqlərdə mövcuddur.

Bəs Hindistan və Pakistan arasında yarım əsrdən çoxdur ki,davam edən Kəşmir münaqişəsinin yaranmasının səbəbi nədir ? Münaqişədə hansı dövlət haqlı hesab olunur ? Bunun üçün münaqişənin tarixinə diqqət yetirmək lazımdır

19-cu əsrdən etibarən Böyük Britaniya İmperiyasının koloniyası olan Hindistan ikinci dünya müharibəsinin başlamasıyla Yaponiyanı dəstəklədi və hətta Hindistan Milli Ordusu Yaponlara birlikdə müharibəyə qoşuldu.Vəziyyəti görən İngiltərə 1942-ci ildə Hindistan koloniyasının hüquqlarını genişləndirmiş və müharibədən sonra Hindistana müstəqillik vərəcəyini bildirmişdir.

Müharibədən sonra da Böyük Britaniyanın müharibədən xeyli ziyanla çıxması, azadlıq hərəkatının geniş vüsət aldığı Hindistana və digər ölkələrə əsgər göndərə bilməməsi onu güzəştə getməyə məcbur etdi. Nəticədə, Böyük Britaniya “Indian Independece Act” (1947) sənədini qəbul etdi.Avqust ayında koloniyada müstəqil Pakistan və Hindistan dövlətləri yaradıldı.Pakistan iki hissədən Qərbi Pakistan və Şərqi Pakistandan(1971-ci ildən Banqladeş dövləti) ibarət olmalı idi.Bu zaman Hindistan ərazisində 562 knyazlıq var idi.Hindistan ərazisindəki knyazlıqlar bu iki dövlətdən birinin tərkibinə daxil olmalı,bu dominionlara qoşulmayanlara Britaniyanın vassalı olmaq hüququ verilmişdi.Pakistan müsəlman dövləti kimi yaradılıdığı üçün müsəlmanların çoxluq təşkil etdiyi knyazlıqlar bu dövlətin ərazisinə qatılmağa üstünlük verdilər.Cammu Kəşmir əyalətini həmin vaxt hind hərbçisi və dövlət nümayəndəsi Hari Sinqx idarə edirdi. Sinqx ailəsi Böyük Brtitaniya buranı işğal etdikdən bəri(1846) Kəşmiri idarə edirdi.Əhalinin böyük hissəsinin müsəlman olmasına rəğmən Sinqx əhalinin iradəsinə zidd olaraq heç bir dövlətə birləşməməyi qərar aldı.Əvəzində 1947-ciil oktyabrın 21-də Pakistanlı silahlı könüllülər əraziyə daxil oldular.Pakistanlı əsgərlər 24 oktyabrda “Azad Kəşmirin”yaradıldığını,,knyazlığın Pakistanın tərkibinə daxil olduğunu elan etdilər.Əvəzində Camnuya qaçan Hari Sinqx 1947-ci ilin oktyabrın sonlarında Hindistana birləşməni əks etdirən müqaviləni imzaladı. Nəticədə 1947-1948 ci illərdə Hindistan və Pakistan arasında  1 ci Kəşmir müharibəsi baş verdi.Müharibənin sonlarında BMT müharibəyə müdaxilə etdi.BMT TŞ-nin qəbul etdiyi 47 saylı qətnaməyə əsasən hər iki qoşun ərazini tərk etməli, bölgədə referendum keçirilməli və sərbəst seçim etməlidirlər. Pakistan bu qətnaməni əsas tutaraq tələblərini dilə gətirsə də, Hindistan bölgə əhalisinin 77 faizinin müsəlman olması səbəbiylə qətnaməyə əməl etməmiş, bölgədə referendum keçirilməsinə şərait yaratmamışdır.

Müharibədən sonra dahər iki dövlətin yeritdiyi fərqli xarici siyasət bu ölkələri bir-birindən daha da ayırmışdır.Hindistanda sosialst tipli dövlət modeli qurulmuş,Hindistan dövləti SSRİ meylli xarici siyasət xətti yetirmişdir.Pakistan isə əksinə olaraq daha çox Qərb meylli siyasətə üstünlük vermişdir.Pakistan  hökuməti 1954-cü ildən ABŞ-dan “Kommunizmə qarşı mübarizə aparmaq” məqsədiylə hərbi yardım almağa başlamışdır.Pakistanın 1955-ci ildə “Bağdad paktına” daxil olmasıyla isə bu iki dövlət arasında münasibətlər tamamilə kəsilmiş,SSRİ hökuməti həm Kəşmir həmçinin digər məsələlərdə Hindistanı müdafiə etməyə başlamışdır.1955-ci ildə Xruşşov çıxışda bildirmişdi ki, “Kəşmir məsələsi Kəşmir xalqı tərəfindən həll edilmişdir.Kəşmir xalqı özünü Hindistan Cümhuriyyətinin ayrılmaz bir parçası olaraq görür.Sovet hökuməti bu münaqişədə Hindistanın yanındadır.”

Sovet rəhbəri öz çıxışında simulyasiya yol verirdi.Belə ki,o guya Hindistanın ərazi bütövlüyün pozulması faktının baş verdiyini irəli sürürdü.Sonradan bu iddialarla Hindistan hökumət rəhbərləri də çıxış etmişdilər.Halbuki,Kaşmirin adminstrasiyasının Hindistana birləşmək barədə imzaladığı akt qondarma idi və xalqın iradəsini əks etdirmirdi

P.S. Məqalənin növbəti hissəsində İkinci Kəşmir müharibəsi və Şərqi Pakistan(Banqladeş) dövlətinin yaranması əks olunacaq

(Ardı var)

Facebook Comments