PA-nın şöbə müdiri İlqar Məmmədovla 3 dəfə görüşüb – “Hakimiyyət səmimiliyini nümayiş etdirdi”

Azərbaycan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ReAl Partiyanın sədri İlqar Məmmədovla üç dəfə görüşüb.

Sozcu.az xəbər verir ki, bu barədə İ.Məmmədov özü məlumat verib.

“Hər görüşü ictimailəşdirəndə, prosesə çevrilməyə bilər. Görüşlərdən sonra gördük ki, bu artıq prosesə çevrilir. Bununla bağlı açıqlama da vermişəm. Proses davam edəcəksə, açıqlamalar verəcəyik. Biz hakimiyyətə şans verdik ki, səmimiliyini göstərsin. Bugünkü qərarla hakimiyyət səmimiliyini göstərdi (Ali Məhkəmənin plenum iclasında REAL sədri İlqar Məmmədovun cinayət işinə bəraətverici əsaslarla xitam verilib). Görək, hara qədər gedə bilirik. Heç bir halda prinsiplərimizi zərbə altında qoya biləcək prosesin altına girmərik. Prinsiplərimizdən biri də odur ki, hakimiyyətlə müxalifət dialoqda olsun” – İ.Məmmədov qeyd edib.

Facebook Comments