Pəncərəmə quş qonub… -YAZI

Elşən Əlisoy

-Seçkilərdə iştirak etmək lazımdır!

– Nə???? Satqın, agent!!! Diktatura rejimində nə seçki? Bunlar hakimiyyətə işləyir!!!

– İnqilab etmək lazımdır!!!

– Nə? İnqilab nədir? Hakimiyyətin agentidir bu adam. Ağzına nə gəldi danışır!!!

– Hakimiyyətlə dialoqa getmək lazımdır!!!

– Ahaaaa, axır ki, bilindi satqınlığın . Kiminlə dialoqa gedirsən, hakimiyyəti qiyam yolu ilə zəbt edənlərlə?

– Heçnə etmək lazım deyil, buraxaq zamanın öhdəsinə!

– Nəəəə? Xalqı passivliyə çağırırsan? Agent, troll, Ettelat, MKİ, KQB, SİA !!!

– Bakı şəhər İcra Hakimiyyətinin başçısı …….cənablarına,
Sizdən xahiş edirik ki, filan tarixdə saat filan vaxtı, filan yerdə mitinq etmək üçün bizə yer ayırasınız.

– Mitinq etməyi münasib bilmirik.

– Necə məsləhətdir…

Bu da belə …

– Pəncərəmə quş qonub …

– HAHAHA quş tutandı ki bunlar. Gedin quşunuzu tutun.

P.S. Bax belə-belə onun-bunun ağzından çıxan quşları saya-saya ömrümüzün böyük bir hissəsini hədər etdik.