Özünü hərbiçi kimi aparan Gəncə sakini saxlanılıb

Gəncədə özünü hərbiçi kimi təqdim edərək xüsusi karantin rejimi pozan şəhər sakini saxlanılıb.

DİN-in mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları şəhər ərazisində xüsusi karantin rejimi ilə əlaqədar xidmət apararkən hərbi geyimli bir nəfər şəxsin qeyri-adekvat hərəkətlərinə görə hərbiçi olması şübhə doğurduğundan saxlanılaraq ərazi üzrə polis bölməsinə gətirilib. Araşdırmalar zamanı müəyyən edilib ki, əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini 23 yaşlı Muradov Kirill Elman oğlu xüsusi karantin rejiminin qaydalarını pozmaq və şəhər ərazisində sərbəst şəkildə hərəkət etmək üçün hərbi forma geyinib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Facebook Comments