Özünü 3-cü mərtəbədən atan şagird can üstədir – Açıqlama

İntihara cəhd etdiyi deyilən 162 saylı məktəbin 8-ci sinif şagirdinin durumu kritikdir, vəziyyəti ağırlaşıb.

Bu barədə Axar.az-a hadisəni diqqətində saxlayan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, şagirdin anası dünən qızını görmək istəsə də, həkimlər onun durumunun yaxşı olduğunu bildirib və görüşə icazə verməyiblər:
“Bu gün isə anaya deyiblər ki, uşaq can üstədir”.

Bakı.vs danışan Sevil Hüseynova bildirib ki, qızının intiharına səbəb məktəbdə dəfələrlə təhqirlərə məruz qalması və alçaldılması olub.

Qeyd edək ki, 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi özünü hələ dəqiqləşməyən səbəblərdən məktəbin 3-cü mərtəbəsindən özünü atıb.

Şagird çanaq sümüyünün sınığı, döş qəfəsinin, ağ ciyərin, yumşaq toxumaların əzilməsi diaqnozu ilə Klinik Tibbi Mərkəzinə yerləşdirilib.

Facebook Comments