“Özümdən çox Messinin kubok qazanmasını istəyirəm”

Argentina millisinin üzvü Serxio Aquero Amerika kuboku öncəsi açıqlama verib.

Sozcu.az xəbər verir ki, 31 yaşlı hücumçu komandanın kapitanı Lionel Messi Messiyə görə turnirin qalibi olmaq istədiklərini bildirib:

“Özümdən çox Messinin kubok qazanmasını istəyirəm. Ümid edirəm ki, bir gün olacaq. Bu, hər kəsin olduğu kimi Messinin də xəyalıdır. Özümü onun yerinə qoyuram. Amerika kubokunu qazanmaq üçün əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, sözügedən turnir 14 iyun – 7 iyul tarixində keçiriləcək.(Qol.az)