“Özümə qarşı çox qəddaram” – Neslihan Atagül

İllər öncə “Yarpaq tokümü” serialı ilə məşhurlaşan aktrisa Neslihan Atagül “Elle” jurnalına müsahibə verib.

Sozcu.az türk mediasına istinadən xəbər verir ki, həyatının bir çox vacib məqamlarından bəhs edən aktrisa ailəsi barədə də danışıb:

“Hələ 13 yaşım olanda bir agentlikdə qeydiyyatdan keçdim. Ailəmə də aktrisa olmaq istədiyimi dedim. Onlar hər zaman mənə dəstək olublar.

Heç vaxt şöhrətpəsət olmamışam. Filmdə və ya serialda oynadığım bir obraza həyat verərkən Neslihanı, yəni özümü geri çəkirəm. O anlarda məndən geriyə sadəcə bədənim qalır və mən ruhumla o obraza çevrilirəm”.

2016-cı ildə aktyor Kadir Doğulu ilə evlənən Atagül özünü kəşf etmə dönəmində olduğunu bildirib:

“Tez-tez daxili aləmimə səyahət edirəm. Həyatımda baş verən hadisələrdən qaçmamağa çalışıram. Çox düşünürəm, vicdanımla baş-başa qalıram. Bu zaman özümə qarşı cox qəddar davranıram. Qorxularımla üzləşirəm”.(Axşam.az)