“Özlərini sosialist,kominist kimi təqdim edənlər, türkçülüyü aşağılamağa çalışırlar” -Ceyhun Nəbi

“Nə vaxta qədər rus imperializmi var, nə vaxta qədər fars şovnizmi var, nə vaxta qədər erməni işğalçı zehniyyəti var, nə vaxta qədər kürd separtizmi var bizi meydanda görəcəksiniz”

Sozcu.az xəbər verir ki, bunu Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri Ceyhun Nəbi özünün feysbuk səhifəsində yazıb:

Bu ölkədə özünü anarxist, sosialist, kommunist kimi təqdim edənlər türkçülük məfkurəsini aşağılamağa girişiblər. Savaşmaq istəyirsiniz, gəlin savaşaq! İtəyirsiniz meydanlarda, istəyirsiniz akademik müstəvidə! Nə vaxta qədər Rus imperializmi var, nə vaxta qədər Fars şovnizmi var, nə vaxta qədər erməni işğalçı zehniyyəti var, nə vaxta qədər Kürd separtizmi var bizi meydanda görəcəksiniz! Bizi öyrənən Radlovlar, Bartoldlar, Qumiliyovlar, Armenus Vamberilər bizim dilin zənginliyini, itelektual qüdrətimizi, mədəni istedadımızı, döyüş qüdrətimizi öyrənməkdə sadəcə bir məqsədləri var idi. Uzun əsrlər boyu sarsıdıla bilməyən toplumun gücü nədədir? Sibirya çöllərindən Avropa içərilərinə qədər min illiklər boyu sadəcə bir millət möhür vurmaq gücündə olub. Bu türk millətidir. Bu səbəbdən qüdrətə can atan millətlər bunu sinirə bilmir. Birdə unutmayın, dünyada sadəcə bir millətin dilinin araşdırılması və təhlili ilə bağlı elm var. Bu türkolojidir.