“Övladlığa uşaq götürsəm, bu mütləq rus olacaq” – Nərgiz

Özbək müğənni Nərgiz Zakirova daha bir uşağının olmasını istəyir.

Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, yumurtalıqlarını dondurmağa cəhd edən, ancaq həkimlərin məsləhəti ilə bundan imtina edən ifaçı övladlığa uşaq götürməyi planlaşdırır. 3 uşaq anası olan Nərgiz himayəsinə rus uşaq götürəcəyini deyib:

“Mənim planlarım var. Övladlığa uşaq götürsəm, bu mütləq rus olacaq. Südəmər uşaq da götürə bilərəm. Başa düşürəm, genetika başqa şeydir, ancaq ətraf mühit və tərbiyənin də öz yeri var”.

Qeyd edək ki, müğənninin 3 övladı var: musiqiçi Ruslan Şaripovla nikahından Səbinə, Yernur Kanaybekovla izdivacından oğlu Auel və Filipp Balzanodan qızı Leyla.

Facebook Comments