Ötən ay toyları olmuşdu – “Sürüyərək evdən çıxartdı”

Aktrisa Yıldız Asyalı rejissor Kərəm Saka ilə iyunun 29-u təmtəraqlı toy etsələr də, ötən gün ayrılıq qərarı alıb.

Sozcu.az musavat.com-a istinadən bildirir ki, aktrisa ona şiddət göstərdiyi üçün ayrı evə köçdüyünü bldirib:

“Heyvan sığınacağından it aldım. Çatdırılma pulunu Kərəmin verdiyi 1000 lirədən ödədim. Dava da bundan sonra başladı. Məni qolumdan tutub, sürüyərək evdən çıxartdı. Mənim üçün Kərəm səhifəsi bağlandı. Onsuz da, toyumuz olsa da, nikah olmamışdı.

Qeyd edək ki, “Arka sokaklar” serialının ikinci rejissoru olan Kərəm Saka ilə Yıldız Asyalı toydan 4 ay öncə tanış olmuşdu.

Facebook Comments