OT YEMƏYƏ MƏHKUM EDİLMİŞ İNSANLAR

Qafqazdakı müsəlman qaçqınların vəziyyəti Scotland Lidell tərəfindən Tiflisdən göndərilən məktubda təsvir edilmişdir. Çoxsayılı diqqət cəkən Bolşevizmin yayılma ehtimalı şərqin bir hissəsi olan Qafqazdakı dəhşətli vəziyyətdən özünü təsdiq edir, Rusiyada yaxşı tanınan səyahətçi Skotland Liddelin məktubundan:

Tiflis 6 Dekabır

Bir neçə həftə bundan əvvəl Azərbaycanda 148.000 müsəlman qaçqın var idi. Bu evsiz insanlar arasındaki rəqəm keçən ay ərzində əhəmiyyətli dərəcədə azalardı əgər ermənilər tərəfindən evləri dağıdılmış müsəlmanlar gəlib bu ölmüş xoşbəxt(sarkazm) insanların yerini almasaydılar . Yelizavetpol bölgəsinin bir neçə yerində böyük qaçqın düşərgələri qurulmuşdur. Bir neçə min qadın və uşaq Bakı şəhərində yerləşdirilib və yerli hakimiyyət onların qayğısına qalır. Ancaq qaçqınların böyük əksəriyyəti Cənubi Qafqazın ucqar və əlçatmaz kəndlərində çadırlarda palçıqdan düzəldilmiş evlərdə və hətta açıq havada qeyri-insani şəraitdə yaşamaqdadırlar. Mən bu kəndlərin bir neçəsini bu ilin (1919) Yanvar ayında ziyarət edərkən minlərlə insanın aclıq içində və yarı çılpaq vəziyyətdə yüksək stress halında olduqlarının gördüm. Yolların olmadığı bir şəraitdə ərzaq və paltarların göndərilməsi əgər həmin yardımlar olsa belə  insanlara çatdırılması çox çətindir. Mənim ziyarət etdiyim bəzi  kəndlərə yalnız yük heyvanları vasitəsilə yardım çatıb ki, dağ ətrafındakı yolların dar, hündür və qayalıqlar olması səbəbindən yük heyvanları yalnız yüngül yardımları daşıya biliblər. Lakin ən böyük maniyə bütün növ tibbi vasitələrin çatışmamazlığıdır ki, bu günədək bu davam edir. Bütün bu ucqar kəndlərdən olan məlumatlar eynidir. İnsanlar aclıq içərisindədirlər, demək olar ki, geyimləri yoxdur, xəstəliklər yüzlərlə can alır, dizenteriya və tifusdan zəif düşmüş yazıq insanlar, yol kənarlarındakı xəndəklərdə can verirlər və oradan sürünərək belə çıxmağa taqətləri qalmamışdır. Kəndlərin yerli sakinləri əllərindən gələni bu bədbəxt qaçqınlar üçün edirlər lakin, onlar kifayət qədər kömək etməyə gücləri yetməz. Belə ki, səhih məlumatlar vardır ki, aclıqdan kişilər, qadınlar və uşaqlar ot yeməyə məcbur olmuşlardır. Bu çox dəhşətlidir və bunların hamısı doğrudur. “Bizim nə gücümüz var nə qələmimiz” Qarabağın Zəngilan bölgəsindən gələn xəbərdə  xəstəxanların ətrafında  və qida paylama mərkəzlərində, çılpaq, yarısümük insanların iniltisi, dizenteriya və tüborklozdan ölən insanların dəhşətli vəziyyətini təsvir edərkən deyilir. Buna əlavə olaraq qeyd etmək lazımdır ki, xəstəxana tövlə vəziyyətində olsa da, istifadəsi mümkün yeganə yerdir. Zəngəzurdan olan digər xəbərlərdə qaçqınların yaşadıqları ərazilər quyulara bənzədilib ki, sözün həqiqi mənasında bu belədir. Mən bu əraziləri şəxsən demək olar ki, bir il  bundan əvvəl görmüşəm. O zamandan bəri vəziyyət daha da pisləşmişdir. Qidanın çatışmamazlığı qıtlığa səbəb olmuşdur. Mən yazmışdım ki, kəndlərin yerli əhalisi qaçqınlar üçün əllərindən gələni edirlər. Bu bir az əvvələ kimi doğru idi, ancaq vəziyyət hər gün dəyişir və mən bu yaxınlarda ucqar kəndlərin birində tək çalışan həkimin yazdığı məlumatı görmüşəm. Orada yazılır ki,:” Yerli əhali qaçqınlarla və qaçqınlarda bir -biri ilə pis rəftar edirlər”. Kimsə buna təəcüblənməlidir ? Kəndlərdə qıtlıqdır və təbii olaraq yerli əhali də qaçqınların mövcudluğundan narahat olur və onları bu böhranı yaratmaqda ittiham edirlər. Təəsüf ki, onların əvvəllər olan mərhəmətləri keçmişdir. İllər onların qəlblərini möhkəmlətmiş və onları acı etmişdir. Qaçqınlara gəldikdə isə bu artıq sağlam olanın xilas olması məsələsidir. Aclıq onları qeyri-insani vəziyyətə salmışdır. Qidalanmaq üçün həttə zibillikləri bələ yoxlayırlar. Bir-birlərindən şübhələnməyə başlayıblar. Ölənlər üçün heç kəs təəsüflənmir.

Zəngilana göndərilmiş başqa bir həkimin məlumatı belə başlayır : “ Mən sizə Zəngilan bölgəsindən sözün həqiqi mənasında ölüm karallığından yazıram,” və müəllif davam edir: “ hər yerdə ürək ağrıdıcı mənzərədir, qaçqınlar  yarı canlı cəsədlər kimidirlər,  çirkli əskilərdə skelet kimi yaşayırlar. Yorğunluqdan və aclıqdan hansısa köməyə  ümidlərini itirmişlər. Onların çoxu hərəkətsiz şəkildə uzanıblar və laqeyd əhalinin gözləri önündə can verirlər. Bu bölgədə mən minlərlə insanın yol kənarlarındakı xəndəklərdə yıxılıb əldən düşdüklərini və öldüklərini görmüşəm.”

Müqayisə etsək Bakı və Yelizavetpol bölgələrindəki düşərgələrdəki qaçqınların vəziyyəti nisbətən yaxşıdır. Ancaq buralarda da əziyyətlər böyükdür. Qida məhdudur və dərman vasitləri mövcud deyil. Həkimlər azdır və çox işləyirlər. Lakin, insanlar yerləşdirliblər ki, bu müsbət haldır. Zəngilanda olan quyularda yaşayan qaçqınlarla  müqayisedə onların şəraiti qənaətbəxşdir. Müəyyən məktəblər ümumi-sığınacaq kimi düzəldilmişdir. Qadınların və uşaqların bir qrupu Bakı qalasının içərisindəki köhnə məsciddə  yaşayırlar. Bütün bu qaçqınların müntəzəm ərzaqları vardır və paltarlarının çox hissəsi əskidən olsa da geyimləri vardır. Onların halı gözləyə bilər, təcili kömək Zəngəzurdakı yazıq insanlar üçün lazımdır. Nə qədər ki, kömək edilməyib və təcili sürətdə edilməyib bu çox gec ola bilər. Yazadək ölüm məsələni həll edəcək. Müsəlman qaçqınlarının vəziyyəti Azərbaycanda çox pisdir baxmayaraq ki, onların dərdlərini azaltmaq üçün mümkün olan hər şey edilmişdir. Müsəlman qaçqınlarının hamısı yalnız müsəlman respublikasinda (Azərbaycan) deyildir. Minlərləsi Ermənistanda yaşayırlar və orada onların vəziyyətləri kəskindir. Ermənilər üçün çox yardımlar edilməsinə baxmayaraq, müsəlmanlara paraktiki olaraq heç bir yardım edilməyib: hansılar ki, ermənilərin əlindən günahsız yerə əzab çəkiblər. Təbii ki, ermənilər də əzab çəkiblər ancaq müsəlmanlar da həmçinin. Xüsusən də hər iki xalqın qaçqınlarını hazırki vəziyyətə görə ittiham etmək olmaz. Mən bir neçə dəfə əziyyət çəkən müsəlmanlar üçün yardıma müraciət etmişəm, o kəslərə qarşı onların etdiklərindən daha çox zülm edilmişdir. Britaniya İmperiyasında miliyonlarla müsəlmanlar yaşayırlar. Mən yenidən onların Qafqazda əziyyət çəkən qardaşları üçün yardıma müraciət edirəm. Demək olar ki, Qafqaza edilən bütün yardımlar Ermənistana verilib. Əlbəttə dünya həqiqəti tam bilə bilməz.

Mən yerli qəzetlərdən Ermənistana edilən beynəlxaq yardımların siyahın götürmüşəm:

1) Holland Qırmızı Xaç Təşkilatından-200 qutu tibbi ləvazimat və kətan;

2) ABŞ dan -500 un pudu;

3) Kanada Qırmızı Xaç Təşkilatından- 200 qutu tibbi ləvazimat və kətan;

4) President Vilson Ermnənistan hökumətinə 35.000 ton un satılmasına icazə verib;

5) 1919 cu ilin 15 May və 15 Oktyabr tarixləri arasında Ermənistan Kalageran stansiyası vasitəsilə  bu qiymətdə  mallar göndərilib; özəl şəxslər tərəfindən-64,403,000 rubl; Təminat Nazirliyi tərəfindən-13,113,200 rubl; Amerikalılar tərəfindən-(15 Aprel -10 Oktaybr)332,620,000 rubl.

Nəticə olaraq Karmalu qəsəbəsi öz keçmiş vəziyyətinə qayıtmiş,qaçqınlar geri dönürlər. Amerikalılar tərəfindən açılmış 6 yetim evi, 880 yetim uşaq üçün və 9000 nəfər əhali üçün 10 ötürücü stansiya tikilmişdir.

Buna rəğmən  müsəlmanlara heç  bir yardım edilməyib. Demək olar ki, müsəlman qaçqın uşaqların əksəriyyəti yetim və qadınlar duldur. Bütün bunlar haqsızlıqdır  hazırki zamanda və çox ədalətsizdir. Propaganda məqsədləri üçün  “Xristiyan” kəliməsindən hər zaman istifadə edilmişdir. Bu ayrıseçlik etmək üçün vaxt deyildir. Biz Britaniyalı olaraq heç zaman etdiyimiz xeyriyyeçilikdə dardüşüncəli olmamışıq. Insanlığa xidmət etmək hər bir Xristiyanın vəzifəsidir Bütün dünyadakı qaçqınlar başqa insanların əməllərinin qurbanıdırlar. Onlar dolayı yolla dərd çəkirlər. Qafqazın köməyə ehtiyacı vardır  ancaq imkan verilməlidir ki, bu yardım xalqlar arasında bərabər paylansın. Bütün Qafqazdakı qaçqınların köməyə ehtiyacı var. Biz çalışmalıyıq ki, edilən yardımlar xalqların vətəndaşlığından və etnik kökündən asılı olmayaraq hər kəsə verilsin.

THE GRAPHIC, JANUARY 24, 1920 

Məqaləni tərcümə və tərtib etdi : Cümhuriyyəti Siyasi Düşüncə Mərkəzinin əməkdaşı, siyasi analitik, London Sity Univeristetinin magistri Rüfət Əhmədzadə.