Oruc tutarkən baş ağrısının qarşısını necə alaq?

Ramazan ayında oruc tutanların əksəriyyəti baş ağırısından şikayət edir.

Sozcu.az Axşam.az-a istinadən ağrıların baş vermə səbəblərini və qarşısının alınması yollarını açıqlayır:

Kofein çatışmazlığı

Bu hal esasən kofeyə, çaya çox bağlı olan şəxslərdə görülür. Ramazan ayından öncə gün ərzində çox kofe içən adamların bədənində bu maddədən asılılıq yaranır. Oruc olarkən də gün ərzində bu asılılıq özünü baş ağrıları ilə büruzə verir. Səhər imsak edərkən bir fincan tünd kofe içmək sizə kömək edəcək.

Qan şəkərinin düşməsi

Oruca bağlı olaraq qan şəkərinin düşməsi halına çox rast gəlinir. İnsanların gundə bir neçə dəfə yemək tərzindən anidən imtina etməsi qan şəkərinin oynamasına səbəb olur və bu da baş ağrıların gətirib çıxarır. Ona görə də, Ramazan ayı gəlmədən öncə şirniyyat qəbulunu azaltmaq problemin həllinə yardımçı olacaq.

Susuz qalmaq

İnsan beyninin əksər hissəsi sudan ibarətdir. Gün ərzində uzun müddət su içməmək baş ağrılarına səbəb olur. Beyin susuzluğa dayana bilmək üçün sudan istifadəni azaldır. Bu zaman histamin ifraz edilir ki, bu da baş ağrısı və yorğunluğa səbəb olur. İmsak və iftar zamanı yetəri miqdarda su qəbulu yorğunluq və ağrılara çarə olacaq.

Yuxusuzluq

Yuxu rejiminin pozulması da baş ağrısına səbəb ola bilər. Ona görə, gün ərzində ən az 7 saat yatmaq olduqca vacibdir.