Orhan Gencebay xəstəxanalıq oldu

Məşhur türk müğənnisi və aktyoru Orhan Gencebayın vəziyyəti ağırlaşıb.

Sozcu.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, ürəyində ağrılar səbəbilə xəstəxanaya aparılan ifaçıya dərhal müdaxilə edilib. Onun ürəyində tıxanan iki damara stend qoyulub.

Hazırda reanimasiya şöbəsində yatan müğənninin vəziyyətinin qənaətbəxş olduğu bildirilib.(Axşam.az)