Ordumuzun heyəti Pakistanda: Möhtəşəm parad – Foto

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti martın 23-də Pakistanın “Milli Günü”nə həsr olunmuş hərbi paradı izləyib.

MN-dən Sozcu.az-a verilən məlumata görə, paradda fəxri qonaq qismində Müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.

Bir çox dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.(Axar.az)