Orada Azərbaycan əsgəri, bizim gömrük durmalıdır – “Silahlı dəstələr, quldurlar…”

“Laçın dəhlizində, ümumiyyətlə, Ermənistanla Azərbaycan arasında olan dövlət sərhəddində Azərbaycan sərhədçiləri dayanmalıdır. Sərhəd buraxılış məntəqəsi, gömrük postu olmalıdır”.

Sozcu.az xəbər verir ki, Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. Millət vəkili qeyd edib ki, Azərbaycanın bütün sərhədinə Azərbaycan dövləti nəzarət etməlidir:

“Bu gün o 5 kilometr dəhliz adlanan yerdə, hətta dövlət sərhədimizdə də rus sülhməramlıları dayanır. Onların himayəsi altında kimliyindən asılı olmayaraq hər kəs Azərbaycan ərazisinə istədiyi vaxt qanunsuz şəkildə daxil ola bilir. Çox təəssüf ki, Ermənistan vətəndaşları, silahlı dəstələr, cinayətkarlar, quldurlar həmin dəhlizdən eninə-boyuna istifadə edir. Rus sülhməramlıları buna göz yumur, hətta şərait yaradır. Bir neçə gün əvvəl Ermənistan Xarici işlər naziri Azərbaycan ərazisinə gəldi. Amma bunun üçün Azərbaycandan icazə almadı”.

Həmsöhbətimiz vurğulayıb ki, Rusiya sülhməramlısının bizim dövlət sərhədimizdən ürəyi istədiyi adamı içəri buraxmaq ixtiyarı yoxdur:

“Sülhməramlılıq missiyası beynəlxalq hüquqda tam şəkildə izah olunur. Ona görə də hesab edirəm ki, Azərbaycan sərhədində hər şey istisnasız bizim nəzarətimizdə olmalıdır”.

Facebook Comments