Oqtay Şirəliyev Respublika Narkoloji Mərkəzinin baş direktorunu işdən çıxardı

Səhiyyə naziri Oqtay Şirəliyevin 14.01.2020-ci il tarixli əmrinə əsasən Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

 

Bu barədə Sozcu.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səhiyyə nazirinin digər əmri ilə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov vəzifəsindən azad edilərək Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.

Facebook Comments