Oqtay Əsədov Qüdsə gedir

Milli Məclisin sədri Oqtay Əsədov və Milli Məclisin Beynəlxalq və Parlamentlərarası komitəsinin sədri Səməd Seyidov Qüdsə səfər edəcəklər.

Sozcu.az xəbər verir ki, səfərin məqsədi Qüdsdə keçirilməsi nəzərdə tutulan Auşvitzin azad olunmasının 75 illiyinə həsr olunmuş Dünya Holokost Forumu 2020 (World Holocaust Forum 2020) tədbirlərində iştirak etməkdir.

Qeyd edək ki, tədbirlər 22-23 yanvar tarixlərində keçiriləcək.

Facebook Comments