Oqtay Gülalıyev mənim gözümlə – NASİR ƏLİYEV

Nasir Əliyev

Oqtay bəy Azərbaycanın qeyrətli, fədakar, cəsur oğludur. Onun son zamanlar yaratdığı Represiya və işğancələr əlehinə komitədə araşdırdığı evrovision, Nardaran, Tərtər və Gəncə işi hər kəsə bəllidir. Bu hadisələrin hər birində işgəncə və ölüm faktları var. Əlbəttə belə ağır yükün altına heç kəs risk edərək girmirdi. Yalnız Oqtay bəy bütün riskləri gözə alaraq bu məsələləri araşdırmağa başladı. Və müəyyən nəticələr əldə elədi . Əlbətdə bu araşdırmalar bu cinayəti törədən məmurları narahat etməyə bilməzdi. Oqtay bəy, bu üzdən dəfələrlə Daxili işlər Nazirliyinə və eləcədə Baş Prakrorluğua çağırılaraq xəbərdar edildi. Lakin Oqtay bəy bir addım geri cəkilmədi. İnsan həyatını, ailəsini gözü önünə alaraq, günahsız öldürülənlərin və həbs olunanların ailələrinə kömək etdi. Bu hadisələrin pik nöqtəsi isə əlbəttə ki, “Tərtər hadisəsi”dir, çünkü burada vəziyyət daha acınacaqlıdır. Söhbət müharibə şəraitində olan ölkənin ordusunun sındırılmasından gedir. Rəsmən məhkəmələrlə tanınmış 9 ölüm və 101 zərərçəkmiş… Öldürülənlərdən 6-sına bəraət və ya bəraət verici əsaslarla işinə xitam verilib.  Oqtay bəyin araşdırmalarında isə bu rəqəmlər daha yüksək idi.

Bundan başqa, Oqtay bəy fərdi qaydada da insanların hüquqlarını müdafiə edirdi.

Oqtay bəy həyatının önəmli hissəsini 10 -larla sadə vətəndaşların, eləcə də siyasi məhbusların , jurnalistlərin , siyasətçilərin hüquqlarının müdafiəsinə həsr edib.

İndi gəlin görək vətənini , xalqını , millətini bu qədər sevən bir vətəndaşımız üçün biz nələri etdik?!

Açığı mən düşündüm ki, Oqtay bəyin qəzaya düşməsi xalqı ayağa qaldıracaq və hər bir azərbaycanlı, ona mənəvi dəstək olacaq. Cəmiyyət bu hadisənin sui-qəsd olub- olmadığının araşdırılmasını hakimiyyət qarşısında kəskin formada  qaldıracaq. Lakin xalqın böyük kəsimi bu hadisəyə laqeyid , ögey münasibət göstərdi. Mən bundan çox sarsıldım. Mən hələ də anlaya bilmirəm ki, daha nələr baş verməlidir ki, bu millət layiqli evladına biganə qalmasın.

Əgər biz bu gün Oqtay Gülalıyev finoniminə biganəyiksə, bizim yaşamağa heç bir mənəvi haqqımız yoxdur ,bir millət olaraq məhvə məhkumuq.

Əziz dost, bütün varlığımla sənə bu vəziyyətdən çıxmağı və sevdiklərinin yanına qayıtmağı arzulayıram. Allah özü sizə kömək olsun. Biz bəndə olaraq sizə kömək ola bilmədik , qoruya bilmədik.