Oqtay Gülalıyevin növbəti əməliyyatı uğurla keçib

İstanbulda “Amerika Hospital” klinikasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin növbəti əməliyyatı başa çatıb.

Sozcu.az xəbər verir ki, bu barədə onun oğlu Əli Gülalıyev məlumat verib:

“Atam Oktay Gülalıyev`in əməliyyatı təxminəm 3 saatdan sonra başa çatdı. Həkimi Mehdi Sasani’nin bildirdiyinə görə, şükürlər olsun ki, əməliyyat uğurlu keçib. Başında yaranmış artıq suyun çəkilməsi üçün beyninin sağ tərəfinə şunt qoyulub. Vəziyyəti hazırda stabildir”.

Anar Rəsullu

Facebook Comments